Nazir: Qeyri-neft-qaz özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb
Qeyri-neft-qaz özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2019-cu il yanvarın 1-dən 2025-ci il noyabrın 1-dək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb. “Bu, çox böyük iqtisadi nəticədir”, - deyə Mikayıl Cabbarov vurğulayıb.
55










