Azərbaycanda balıq istehsalçıları pərakəndə satış bazarına çıxa bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda balıq istehsalçıları pərakəndə satış bazarına çıxa bilər

Qafar Ağayev13:20 - Bu gün
Azərbaycanda balıq istehsalçıları pərakəndə satış bazarına çıxa bilər

Azərbaycanda yerli balıq məhsullarının istehsalçıları ilə pərakəndə şəbəkələr arasında birbaşa əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

1news.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə fikir mübadiləsi qurumun tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin rəhbər heyəti ilə iri pərakəndə satış şəbəkələrinin balıq məhsullarına məsul nümayəndələri arasında keçirilən görüşündə aparılıb.

Görüşdə ölkəmizdə balıq məhsullarının istehlakının artırılması, yerli akvakulturanın inkişafı və istehsalçıların dəstəklənməsi istiqamətində mövcud vəziyyət və gələcək addımları müzakirə olunub.

Tədbir çərçivəsində yerli balıqçılıq və akvakultura təsərrüfatlarının inkişaf prioritetləri, balıq istehsalçılarına təqdim olunan dövlət dəstək mexanizmlərinin layihələri, yerli balıq məhsulları üçün ƏDV-dən azad olma, pərakəndə satış şəbəkələrində qida təhlükəsizliyi və gigiyena standartlarının təkmilləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər ölkədə balıq istehlakının artırılması məqsədilə balıq məhsullarının istehsal və satış zəncirində qarşılıqlı əməkdaşlığın artırılması, yerli istehsalın dəstəklənməsi və ölkədə balıq məhsullarına olan tələbatın yüksəldilməsi üçün birgə fəaliyyətə hazır olduqlarını ifadə ediblər.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər