Abşeron Milli Parkında “açıq qapı” günü keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron Milli Parkında “açıq qapı” günü keçiriləcək

Qafar Ağayev12:15 - Bu gün
Abşeron Milli Parkında “açıq qapı” günü keçiriləcək

“Milli parkları yaxından tanıyaq” devizi ilə 21 noyabr tarixində Abşeron Milli Parkında “açıq qapı” günü və maarifləndirici tədbir təşkil ediləcək. Həmin gün parkı ziyarət edən hər kəs üçün giriş ödənişsiz olacaq.

1news.az xəbər verir ki, Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron Milli Parkı dəniz sahilində yerləşən nadir ekosistemlərin, vəhşi təbiətin qorunduğu xüsusi mühafizə olunan təbiət ərazisidir.

Sahəsinə görə ölkənin ən kiçik milli parkı olan Abşeron Milli Parkının Bakı şəhərinə yaxın yerləşməsi onu təbiətsevərlər üçün daha əlçatan və cəlbedici məkanlardan birinə çevirir.

Azərbaycan xəritəsində "qartalın dimdiyi" kimi tanınan, açıq dənizə yönəlmiş özünəməxsus və möhtəşəm mənzərəsi ilə seçilən Şah Dili ərazisi Xəzər dənizi sahillərində füsunkar təbiət görüntüləri ilə diqqəti cəlb edir. Bu nadir təbiət guşəsini görməyə hər kəsi dəvət edirik.

Açıq havada istirahət etmək, təbiətin sakitliyini və gözəlliyini doyunca yaşamaq istəyirsinizsə, Abşeron Milli Parkı yolunuzu gözləyir.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər