Komitə sədrindən çoxuşaqlı ailələrə dəstəklə bağlı təklif | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədrindən çoxuşaqlı ailələrə dəstəklə bağlı təklif

Qafar Ağayev12:02 - Bu gün
Komitə sədrindən çoxuşaqlı ailələrə dəstəklə bağlı təklif

"Çoxuşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsi yaxşı olar".

1news.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bunu bildirib.

Komitə sədri bildirib ki, uşaq təkcə ailənin deyil, həm də mənsub olduğu xalqın və dövlətin ən dəyərli sərvəti hesab olunur.

“Mənim büdcədə uşaqlarla bağlı bəzi təkliflərim var. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac var”.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər