Bakıda soyğunçuluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

13:55 - Bu gün
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs gecə saat 03 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib.

1news.az xəbər verir ki, bu barədə vətəndaş polisə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər