Mehdiabadda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.
18:57
Abşeron rayonu Mehdiabad qəsəbəsində Gənclər Şəhərciyində yerləşən 10-cu binanın birinci mərtəbəsində yanğın baş verib.
1news az-ın əməkdaşı xəbər verir ki, hadisə nəticəsində yaranan güclü tüstü səbəbindən sakinlər təhlükəsizlik məqsədi ilə binadan təxliyə olunublar.
Yanğınla bağlı müvafiq qurumlara məlumat verilib, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım cəlb olunub. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Hadisənin səbəbi araşdırılır.
.jpg)
.jpg)












