DİN: 8 avtomat polis tərəfindən aşkar edilərək götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: 8 avtomat polis tərəfindən aşkar edilərək götürülüb

16:17 - Bu gün
DİN: 8 avtomat polis tərəfindən aşkar edilərək götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

1news.az nazirliyə istinadən xəbər verir ki, noyabrın 22-də və 23-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 8 avtomat silahı, 1 pulemyot və 1 tapança aşkar edib.

Bununla yanaşı, son 2 gündə 1 qumbara, 11 tüfəng, 12 patron darağı və 469 ədəd müxtəlif çaplı patron da polis tərəfindən aşkar edilərək götürülüb.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər