Şəmkirdə qəza nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə qəza nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

16:09 - Bu gün
Şəmkirdə qəza nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

22.11.2025-ci il tarixində saat 08:00 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər