“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılmasının əhəmiyyəti nədir? – Deputatdan AÇIQLAMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılmasının əhəmiyyəti nədir? – Deputatdan AÇIQLAMA

Qafar Ağayev17:26 - Bu gün
“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılmasının əhəmiyyəti nədir? – Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycanda "Ərzaq təminatı xəritəsi" informasiya sisteminin yaradılması ilə bağlı fərman imzalayıb.

Bəs görəsən bu fərmanın əhəmiyyəti nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, yeni sistem ərzaq təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı məlumatların vahid platformada toplanmasını, sistemləşdirilməsini və xəritə formasında təqdim edilməsini nəzərdə tutur.

"Bu, mövcud vəziyyətin daha operativ, dəqiq və şəffaf şəkildə qiymətləndirilməsinə imkan verəcək".

Vüqar Bayramov bildirib ki, qlobal və regional kataklizmlərin təzyiqi fonunda ərzaq təhlükəsizliyi məsələləri daha da aktuallaşdığı üçün belə bir informasiya sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır:
“Xüsusilə risklərin zamanında müəyyən edilməsi və qabaqlayıcı addımların atılması üçün məlumatların real vaxtda izlənilməsi vacibdir. Yeni sistem bu imkanı təmin edəcək.”

Deputat qeyd edib ki, platforma həm dövlət qurumları arasında məlumat mübadiləsini gücləndirəcək, həm də ərzaq təminatı ilə bağlı qərarların daha səmərəli şəkildə qəbuluna şərait yaradacaq.
Onun sözlərinə görə, bu addım yerli istehsalın dəstəklənməsi, daxili bazarın tələbatının düzgün qiymətləndirilməsi və ərzaq məhsullarının yerli payının artırılması baxımından da yeni imkanlar açır.

“Doğru və operativ məlumatlar həm istehsalçıların, həm də dövlət strukturlarının fəaliyyətinin optimallaşdırılmasına xidmət edəcək. Nəticə etibarilə bu sistem ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün vacib alət olacaq,” – deyə Vüqar Bayramov vurğulayıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər