Yanacağı mənimsəyən şəxslərlə bağlı yeni məlumat - Baş Prokurorluğa ADY tərəfindən müraciət edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yanacağı mənimsəyən şəxslərlə bağlı yeni məlumat - Baş Prokurorluğa ADY tərəfindən müraciət edilib

Qafar Ağayev15:28 - 03 / 01 / 2026
Yanacağı mənimsəyən şəxslərlə bağlı yeni məlumat - Baş Prokurorluğa ADY tərəfindən müraciət edilib

“Azərbaycan Dəmir Yolları” QSC-də aparılan nəzarət tədbirləri nəticəsində külli miqdarda mənimsəmə faktı aşkarlanıb.

1news.az xəbər verir ki, ADY-nin yaydığı məlumata görə, qurumun vaxtilə mövcud olmuş Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist-təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlər üçün ayrılmış yanacaq və yağı mənimsədikləri müəyyən edilib.

Bildirilib ki, ADY tərəfindən məsələ ilə bağlı Baş Prokurorluğa müraciət olunub və aparılan istintaq zamanı adıçəkilən şəxslərin 15 yanvar 2022-ci il – 6 iyun 2023-cü il tarixlərində faktiki icra olunmayan marşrutları sənədlərdə göstərərək yanacaq və yağı götürüb mənimsədikləri üzə çıxıb. Nəticədə quruma külli miqdarda ziyan vurulub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.

Məlumatda qeyd olunub ki, son illərdə ADY-də nəzarət və mühafizə tədbirləri gücləndirilib. Görülən tədbirlər nəticəsində kənar şəxslər tərəfindən oğurluq və oğurluğa cəhd halları 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb və onların əhəmiyyətli hissəsinin qarşısı vaxtında alınıb.

ADY bu cür qanunsuz hallara qarşı mübarizə tədbirlərinin davam etdiriləcəyini vurğulayıb.

Paylaş:
370

Son xəbərlər

Gəncədə 3 ev yanıb - FOTO

03 / 01 / 2026, 09:31
Bütün xəbərlər