Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Bu barədə 1news.az-a neft bazarındakı mənbə məlumat verib.
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,45 dollar və ya 0,66 faiz artaraq bir barel üçün 66,95 dollar təşkil edib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” neftinin FOB bazasında bir barel qiyməti 0,54 dollar və ya 0,84 faiz yüksələrək 65,05 dollar olub.
URALS markalı xam neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,56 dollar və ya 1,40 faiz azalaraq bir barel üçün 39,30 dollara enib.
Şimal dənizində hasil olunan “Dated Brent” markalı neftin qiyməti də 0,28 dollar və ya 0,43 faiz artaraq bir barel üçün 64,64 dollara çatıb.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 70 dollar səviyyəsində götürülüb.










