Türkiyə Pakistanda PUA zavodu quracaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Pakistanda PUA zavodu quracaq

09:44 - Bu gün
Türkiyə Pakistanda PUA zavodu quracaq

Müdafiə sənayesində əldə etdiyi sürətlə dünya mediasının da diqqətini üzərinə çəkən Türkiyə, döyüş qabiliyyətinə malik pilotsuz uçuş aparatları (PUA) üçün Pakistanda montaj zavodu qurmağı planlaşdırır.

1news.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Türkiyə aşağı radar görünürlüğünə və uzun mənzilli imkanlara sahib pilotsuz uçan aparatları Pakistanda inşa ediləcək müəssisədə yığacaq. Xəbərə əsasən, layihə ilə bağlı danışıqlar oktyabr ayından bəri əhəmiyyətli dərəcədə irəliləmişdir.

Uzun illərdir müdafiə sahəsində əməkdaşlıq edən Türkiyə və Pakistan arasında MİLGEM korvetlərinin birgə istehsalı, Pakistanın F-16 donanmasının modernləşdirilməsi, həmçinin KAAN 5-ci nəsil döyüş təyyarəsi proqramına Pakistanın cəlb olunması istiqamətində də müzakirələr aparılır.

Digər tərəfdən, hər iki ölkənin müvafiq qurumları məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər