Rusiyada An-22 hərbi təyyarəsi qəzaya uğrayıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada An-22 hərbi təyyarəsi qəzaya uğrayıb

Qafar Ağayev14:17 - Bu gün
Rusiyada An-22 hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Moskva yaxınlığında, İvanovo vilayətində An‑22 tipli hərbi nəqliyyat təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerinə xilasedici qüvvələr göndərilib, xəsarət alan və ya həlak olanlarla bağlı məlumat yoxdur.

Təyyarə 7 nəfərin olduğu bildirilib.

İlkin məlumata görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub. Nazirlik hələlik rəsmi açıqlama verməyib.
TASS-ın məlumatına əsasən, təyyarə test uçuşu zamanı Uvodskoye su anbarı yaxınlığında yerə çırpılıb, bəzi hissələri göldə tapılıb.

Paylaş:
169

Son xəbərlər

Bütün xəbərlər