Yaponiyada 6,2 maqnitudalı zəlzələ baş verib
Yaponiyanın qərbində 6,2 maqnitudalı zəlzələ baş verib.
1news.az xəbər verir ki, Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanlar Simane prefekturasında qeydə alınıb, zəlzələnin episentri Yerin 10 kilometr dərinliyində yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra bu xəbərdarlıq ləğv edilib.
187










