Xarici diplomların tanınması yanvarın 2-nə qədər dayandırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici diplomların tanınması yanvarın 2-nə qədər dayandırılacaq

Qafar Ağayev17:51 - 09 / 12 / 2025
Xarici diplomların tanınması yanvarın 2-nə qədər dayandırılacaq

Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.

Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.

Bu barədə 1news.az-a TKTA-dan məlumat verilib.

Qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq.

Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur.

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər