Lənkəranda 52 yaşlı kişini elektrik cərəyanı vurub
Lənkəranın Nərimanabad qəsəbə sakini 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyevi elektrik cərəyanı vurub.
1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Liman şəhəri ərazisində o, transformatorun yerləşdiyi əraziyə daxil olarkən baş verib.
Belə ki, ağır yanıq xəsarətləri alan A.Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.
İlkin yardım göstərilib. Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Ağadadaş Əliyevin vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı araşdırma aparılır.
61












