FHN yağıntılı hava ilə əlaqədar müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN yağıntılı hava ilə əlaqədar müraciət edib

Qafar Ağayev11:00 - Bu gün
FHN yağıntılı hava ilə əlaqədar müraciət edib

Fövqəladə Hallar Nazirliyi yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.

Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər