Nazir Rəşad Nəbiyev AMD şirkəti ilə uzunmüddətli strateji əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Rəşad Nəbiyev AMD şirkəti ilə uzunmüddətli strateji əməkdaşlığı müzakirə edib

Qafar Ağayev18:04 - Bu gün
Nazir Rəşad Nəbiyev AMD şirkəti ilə uzunmüddətli strateji əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-a səfər çərçivəsində AMD şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüşüb.

Bu barədə 1news.az-a nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanın süni intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivləri müzakirə olunub. Həmçinin AMD ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər