Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub - YENİLƏNİB
Biləsuvar sakini boğularaq öldürülüb, bəzi təfərrüatlar məlum olub.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
09:44
Biləsuvarda ölən qadının sonradan qətl olduğu məlum olub.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən ölməsini biliblər.
Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prrokurorluğunda araşdırma başlanılıb.












