Cəbrayılda mina partlayıb, bir nəfər xəsarət alıb - YENİLƏNİB
Bu gün saat 13:00 radələrində Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbilə xəsarət alan 1985-ci il təvəllüdlü (kişi) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə 1news.az-nın sorğusuna cavab olaraq, Füzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Ona sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib. Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
14:50
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
"Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.












