Azərbaycan pasportu ilə 70 ölkəyə vizasız səyahət etmək olar – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan pasportu ilə 70 ölkəyə vizasız səyahət etmək olar – SİYAHI

17:55 - Bu gün
Azərbaycan pasportu ilə 70 ölkəyə vizasız səyahət etmək olar – SİYAHI

Henley & Partners şirkəti 2026-cı ilin əvvəlinə olan hesabatına görə pasportların vizasız səyahət imkanlarına dair dünyanın yenilənmiş reytinqini açıqlayıb.

1news.az xəbər verir ki, dünyanın 199 pasportunu əhatə edən reytinq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) vizalar və immiqrasiya tələbləri üzrə məlumat sistemi olan Timatic-in eksklüziv məlumatları əsasında hazırlanıb və pasportları sahiblərinin əvvəlcədən viza almadan səfər edə bildikləri ölkələrin sayına görə sıralayır.

Henley & Partners-in 2026-cı ilin yanvar ayına yenilənmiş Dünya Pasportları İndeksinə əsasən, Sinqapur növbəti dəfə dünyanın ən güclü pasportu kimi siyahıya başçılıq edir və 227 istiqamətdən 192-nə vizasız giriş imkanı təmin edir.

Yenilənmiş reytinqdə Azərbaycan 3 pillə irəliləyərək 67-ci yerdə qərarlaşıb (əvvəlki mövqeyi – 70-ci yer, red.). Azərbaycan vətəndaşlarının vizasız və ya sadələşdirilmiş giriş rejimi ilə səfər edə bildiyi ölkələrin sayı 70-dir. Bu ölkələrin siyahısı aşağıda təqdim olunur; viza tələb olunmayan ölkələr müvafiq işarə ilə qeyd edilib.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər