Məktəblərdə bayram tətili: dərslər nə vaxt başlayır?
Azərbaycanda məktəblərdə bayram tətili başlayır.
1news.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən etibarən ümumi təhsil müəssisələrində tətil başlayacaq.
Qeyd olunub ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə ilk dərs günü martın 28-nə, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə martın 31-nə təsadüf edəcək.
111












