Agentlik: “Atena” MMC rəqabət qanunvericiliyini pozub | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik: “Atena” MMC rəqabət qanunvericiliyini pozub

Qafar Ağayev12:10 - Bu gün
Agentlik: “Atena” MMC rəqabət qanunvericiliyini pozub

"Atena" MMC barəsində haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bu barədə 1news.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, işin predmetini süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin olması təşkil edib.

İşə baxılması yekunlaşıb və "Atena" şirkətinə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər