Paytaxtda evlərdən oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətlərinin və qızıl-zinət əşyalarının talandığını bildiriblər.
Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
72












