Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi aparılıb | 1news.az | Xəbərlər
Dünya

Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi aparılıb

14:32 - Bu gün
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi aparılıb

Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsi baş tutub.

1news.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Dövlət Dumasının deputatı Şamsail Saraliyevə istinadən məlumat yayıb.

Deputatın sözlərinə görə, mübadilə çərçivəsində Rusiya tərəfi Ukraynaya 1 000, Ukrayna isə Rusiyaya 38 həlak olmuş hərbçinin meyitini təhvil verib.

Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci il dekabrın 19-da meyitlərin mübadiləsini həyata keçirmişdi. Həmin vaxt Rusiya 1 003, Ukrayna isə 26 meyiti qarşı tərəfə təqdim etmişdi.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər