Fərid Cəfərov: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası mədəni inkişafda mühüm mərhələdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərid Cəfərov: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası mədəni inkişafda mühüm mərhələdir

Qafar Ağayev13:14 - Bu gün
Fərid Cəfərov: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası mədəni inkişafda mühüm mərhələdir

Azərbaycan Milli İncəsənət Muzeyində «Azərbaycan mədəniyyəti – 2040» Konsepsiyasının təqdimatına həsr olunmuş media sessiyası keçirilib.

1news.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Konsepsiya yalnız Mədəniyyət Nazirliyini deyil, digər dövlət qurumlarını da əhatə edir və onun həyata keçirilməsində KİV-in rolu vacibdir. Konsepsiya bir neçə il ərzində hazırlanıb və əvvəlki forumlarda səsləndirilmiş təkliflər nəzərə alınaraq yekunlaşdırılıb.

14 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyev "Azərbaycan mədəniyyəti – 2040" Konsepsiyasını təsdiqləyib. Sənəd qarşıdakı 15 il üçün mədəniyyət siyasətinin əsas istiqamətlərini müəyyən edir, mədəni irsin qorunmasını, yaradıcı sənayelərin inkişafını və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqini nəzərdə tutur.

Feliks Vişnevestki

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər