Azərbaycanın mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələr hazırlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələr hazırlanacaq

Qafar Ağayev16:53 - Bu gün
Azərbaycanın mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələr hazırlanacaq

Azərbaycanın daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələr buraxılacaq.

1news.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin bu gün imzalanan fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda əks olunub.

Belə ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Azərbaycanın daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələrinin hazırlanacaq.

İcraçı orqanlar Azərbaycan Mərkəzi Bankı, Xarici İşlər Nazirliyi (YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası), Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyidir.

Həmçinin, tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər