«Kapital Bank»ın sədrinə birinci müavin təyin edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

«Kapital Bank»ın sədrinə birinci müavin təyin edilib

21:50 - Bu gün
«Kapital Bank»ın sədrinə birinci müavin təyin edilib

“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

1news.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib. Əlavə olaraq C.Mirzəyev “Bir” ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib.

Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.

2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib.

O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib.

2014-cü ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir.

Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb.

2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür.

2025-ci ildə İdarə Heyətinin üzvü, Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər