Yoxlama aparıldı, 7 aptekdə nöqsanlar aşkarlanıb
2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.
AEM-dən 1news.az-a verilən məlumata görə, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Bildirilib ki, yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.
Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
74












