İyundan bağlamaları bəyan etməklə bağlı yenilik olacaq - Xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

İyundan bağlamaları bəyan etməklə bağlı yenilik olacaq - Xəbərdarlıq

14:35 - Bu gün
İyundan bağlamaları bəyan etməklə bağlı yenilik olacaq - Xəbərdarlıq

Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən “Smart customs” saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara xəbərdarlıq bildirişi göndərilib.

Belə ki, əvvəllər şəxsiyyət vəsiqəsinin FİN kodu ilə sayta və tətbiqə daxil olmaq mümkün idisə, artıq bunun üçün identifikasiya nömrəsi yetərli deyil:

“2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi (FİN və parol) ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq.

Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün “Asanİmza” və ya “SİMA” elektron imzasını əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər