Binəqədidə qəza: Minik avtomobili yük maşınına çırpıldı, sürücü avtomobildə sıxılıb qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə qəza: Minik avtomobili yük maşınına çırpıldı, sürücü avtomobildə sıxılıb qaldı

Qafar Ağayev09:42 - Bu gün
Binəqədidə qəza: Minik avtomobili yük maşınına çırpıldı, sürücü avtomobildə sıxılıb qaldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi şossesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yol kənarında park edilmiş yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:
124

Son xəbərlər

Bütün xəbərlər