Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTO

Qafar Ağayev09:33 - Bu gün
Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTO

Fevralın 3-də Mədəniyyət Nazirliyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib.

1news.az xəbər verir ki, nazir Adil Kərimli bildirib ki, attestasiya müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisaslarına uyğun olaraq tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil edilən attestasiya prosesi cari il ərzində ölkənin bütün regionlarını əhatə etməklə yekunlaşacaq.

İclasda attestasiya komissiyalarının üzvləri və mədəniyyət xadimləri çıxış edərək prosesin əhəmiyyətini vurğulayıb və attestasiyanın uğurla başa çatacağına əminliklərini bildiriblər.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər