Uitkoff: Ukrayna və Rusiya 314 hərbi əsirin mübadiləsinə razılaşdı | 1news.az | Xəbərlər
Dünya

Uitkoff: Ukrayna və Rusiya 314 hərbi əsirin mübadiləsinə razılaşdı

14:39 - Bu gün
Uitkoff: Ukrayna və Rusiya 314 hərbi əsirin mübadiləsinə razılaşdı

ABŞ, Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsinə dair razılıq əldə olunub.

1news.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, tərəflər 314 hərbi əsirin mübadiləsi ilə bağlı razılığa gəliblər.

“Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları nəticəsində əldə edilib. Bu cür mühüm addımlar göstərir ki, davamlı diplomatik fəaliyyət real nəticələr verir və Ukraynadakı müharibənin sonlanmasına doğru irəliləyir”, – deyə Uitkoff qeyd edib.

Xüsusi nümayəndə danışıqların davam etdiriləcəyini və yaxın həftələrdə əlavə irəliləyişlərin gözlənildiyini də vurğulayıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər