Ukrayna “Flaminqo” raketləri ilə “Oreşkin” raketlərinin buraxıldığı poliqonu vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukrayna “Flaminqo” raketləri ilə “Oreşkin” raketlərinin buraxıldığı poliqonu vurub

Qafar Ağayev15:19 - Bu gün
Ukrayna “Flaminqo” raketləri ilə “Oreşkin” raketlərinin buraxıldığı poliqonu vurub

Ukrayna ordusu yanvar ayında uzaqmənzilli “Flaminqo” raketləri ilə Rusiyanın “Oreşkin” raketlərini buraxdığı “Kapustin Yar” təlim poliqonuna zərbə endirib.

1news.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin yanvarında Ukrayna hərbçiləri Həştərxan vilayətində yerləşən “Kapustin Yar” poliqonunda orta mənzilli ballistik raketlərin start hazırlığının aparıldığı anqar tipli bina kompleksini hədəf alıb. Zərbə nəticəsində obyektin infrastrukturuna ziyan dəyib.

Məlumata əsasən, poliqon ərazisində bir neçə bina müxtəlif dərəcədə zədələnib, anqarlardan biri ciddi dağıntıya məruz qalıb, ərazidə olan bir qrup şəxsi heyət isə təxliyə olunub.

Paylaş:
193

Son xəbərlər

Bütün xəbərlər