Hikmət Babaoğlu: Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində zəngin mədəni irs formalaşdırıblar | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Babaoğlu: Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində zəngin mədəni irs formalaşdırıblar

Qafar Ağayev17:27 - Bu gün
Hikmət Babaoğlu: Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində zəngin mədəni irs formalaşdırıblar

“8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin paraflanması Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı ilə bağlı yeni ümidlər formalaşdırıb”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədrinin müavini Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, sülhün dərinləşməsi, əldə olunması və nəhayət imzalanması yalnız iki dövlət arasında münasibətlərin normallaşması deyil, eyni zamanda Qərbi azərbaycanlıların qayıdışı üçün zəmin yaradır.

Onun sözlərinə görə, sülh prosesi hər şeydən əvvəl qarşılıqlı etimad və inam mühiti tələb edir və Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı bu baxımdan sülhün mühüm və ayrılmaz tərkib hissəsinə çevrilə bilər.

“Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində əsrlər boyu zəngin mədəni irs formalaşdırıblar və onların yaratdıqları maddi və mənəvi dəyərlər regionun ümumi tarixinin ayrılmaz hissəsidir.

Qərbi azərbaycanlılar heç vaxt Ermənistan dövlətinə qarşı separatçı mövqedən çıxış etməyiblər, Ermənistan Respublikasının vətəndaşları olaraq dövlətə qarşı itaətsizlik nümayiş etdirməyiblər və əksinə, ölkənin ictimai-siyasi və sosial həyatında iştirak edərək onun inkişafına töhfə veriblər”.

Onun fikrincə, bu gün Qərbi azərbaycanlıların qayıdışı və qayıdış konsepsiyası məhz sülh fəlsəfəsinə, qarşılıqlı hörmətə və birgəyaşayış prinsiplərinə əsaslanır.

“Əgər Ermənistan və Azərbaycan arasında əldə olunacaq tarixi sülhün mühüm komponentlərindən biri Qərbi azərbaycanlıların qayıdışı olacaqsa, bu, sülhün daha möhkəm və davamlı xarakter almasına xidmət edəcək. Mövcud reallıqlar və sülhün mahiyyəti də məhz belə bir yanaşmanı tələb edir”, – deyə H.Babaoğlu qeyd edib.

Paylaş:
156

Son xəbərlər

Bütün xəbərlər