Xocəsəndə qanunsuz tikili sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocəsəndə qanunsuz tikili sökülüb - VİDEO

09:43 - Bu gün
Xocəsəndə qanunsuz tikili sökülüb - VİDEO

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində qanunsuz tikili sökülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər