Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb - FOTO

Qafar Ağayev11:20 - Bu gün
Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.

1news.az xəbər verir ki, baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər