87 abidənin məlumatlarında düzəliş edilib | 1news.az | Xəbərlər
Mədəniyyət

87 abidənin məlumatlarında düzəliş edilib

Qafar Ağayev12:51 - Bu gün
87 abidənin məlumatlarında düzəliş edilib

Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ötən dövr ərzində keçirilən iclaslarda 500 abidə və yeni aşkar edilmiş nümunə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb.

2025-ci ildə Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş olunub, həmin ərazidə yerləşən 7 və işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Həmçinin, Nazirlər Kabinetinin 9 yanvar 2026-cı il tarixli 6 nömrəli Qərarı ilə 87 abidənin məlumatlarında düzəliş edilib.

İclasda 41 tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər