Pakistanın paytaxtında məsciddə partlayış baş verib | 1news.az | Xəbərlər
Dünya

Pakistanın paytaxtında məsciddə partlayış baş verib

Qafar Ağayev13:59 - Bu gün
Pakistanın paytaxtında məsciddə partlayış baş verib

İslamabadda məsciddə partlayış baş verib.

1news.az “Al Jazeera”yə istinadən xəbər verir ki, partlayış cümə namazı zamanı İslamabadda, Tarlai Kalan ərazisində yerləşən Xədicə Tul Kübra məscidində baş verib.

Hadisə yerinə fövqəladə xilasetmə briqadaları cəlb olunub. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat yoxdur, lakin ölən sayının çox olduğu ehtimal olunur.

Qeyd edək ki, keçən ilin noyabrında İslamabad Rayon Məhkəmə Kompleksinin girişində baş verən intiharçı partlayış nəticəsində ən azı 12 nəfər həlak olub, bir çoxları yaralanıb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər