“Qarabağ” “Şamaxı”ya qalib gəldi
Misli Premyer Liqasının XIX turunda "Qarabağ" son dəqiqə qolu ilə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.
1news.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən görüşdə 14-cü dəqiqədə Oruc Məmmədov meydan sahiblərini önə çıxarıb. 18-ci dəqiqədə Ağdam təmsilçisi Joni Montiel cərimə zərbəsindən bərabərlik qolunu vurub. Qələbə qolunu isə 90+4-cü dəqiqədə Kamilo Duran qeydə alıb.
Bu nəticədən sonra xallarını 42-yə çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. 23 xalı olan "Şamaxı" isə 8-ci sıradadır.
Günün ikinci oyununda "Neftçi" "Qəbələ"ni qəbul edəcək.
61








