“Qarabağ” – “Nyukasl” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” – “Nyukasl” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

Qafar Ağayev13:15 - Bu gün
“Qarabağ” – “Nyukasl” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin “Nyukasl" komandaları arasında keçiriləcək ilk oyuna satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisindən 1news.az-a verilən məlumata görə, artıq qarşılaşma üçün 27 min 500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50, 75 manat təşkil edir.

Qeyd edək ki, fevralın 18-də reallaşacaq “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər