İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri davam etdirilir
İslam Səfərli küçəsinin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv işlər aparılır.
Bu barədə 1news.az-a Bakı Şəhəri İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bütün küçə boyu mövcud kommunikasiya xəttləri tam yenilənib. İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir, həmin ərazidə piyada zonası yaradılır, küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işıq dirəkləri quraşdırılmasına başlanılıb.
Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdan çox ərazini əhatə edir.
Qeyd edək ki, həyata keçirilən bu layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.


















