“Şəki” kafesində nöqsanlar aşkarlanıb - FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən, fərdi sahibkar Abdulkərimov Fərahim Yavər oğluna məxsus “Şəki” kafesində yoxlama keçirib.
1news.az xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.



56












