Dövlət Miqrasiya Xidmətinə yanvarda ən çox nə ilə bağlı zəng edilib?
Bu ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzinə daxil olan 5348 zəng cavablandırılıb.
Bu barədə 1news.az-a DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbul edilən zənglərin 1508-i müvəqqəti yaşama icazəsi, 131-i müvəqqəti olma müddətinin uzadılması, 433-ü vətəndaşlıq məsələləri, 547-si olduğu yer üzrə qeydiyyat, 427-si daimi yaşama icazəsi, 690-ı iş icazəsi, 178-si inzibati xəta, 1434-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) fasiləsiz fəaliyyət göstərir.
64












