Bakının bu ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

10:17 - Bu gün
Bakının bu ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Fevralın 18-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq.

1news.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilir ki, bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər