Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

10:47 - Bu gün
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.

İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər