Bir sıra rayonlarda səyyar tibbi müayinələr təşkil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir sıra rayonlarda səyyar tibbi müayinələr təşkil edilib

Qafar Ağayev16:43 - Bu gün
Bir sıra rayonlarda səyyar tibbi müayinələr təşkil edilib

Xocavənd, Abşeron, Hacıqabul, Oğuz və Şəki rayonlarında səyyar tibbi müayinələr təşkil edilib.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müayinələr Xocavənd rayonunun işğaldan azad olunan Qırmızı Bazar qəsəbəsində, Abşeronun Qobu kəndində, Hacıqabulun Ələtli kəndində, Oğuzun Böyük Söyüdlü, Çaldaş və Qarabulaq kəndlərində, Şəkinin Aşağı Göynük, Baş Göynük, Kiçik Dəhnə kəndlərində, eləcə də Turan qəsəbəsində təşkil edilib.

Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (həkim-terapevt, həkim-pediatr, həkim-mama-ginekoloq, şüa-diaqnostikası üzrə həkim və s.) tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 548 nəfərə (uşaqlar da daxil olmaqla) 900-dən çox tibbi xidmət göstərilib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər