Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTO

10:09 - Bu gün
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTO

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, müdafiə naziri Zakir Həsənov, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmilər faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Rəsmilər Xocalı soyqırımı abidəsi önünə gül dəstələri düzüblər.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər