Polşa səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

Polşa səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

10:48 - 26 / 02 / 2026
Polşa səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Xocalı faciəsini anmaq tarixi yaddaşın qorunması və sülhün təşviqi baxımından əhəmiyyətlidir.

1news.az xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin "X" səhifəsində paylaşım edilib.

"Xocalı faciəsinin ildönümündə Polşa Respublikasının Bakıdakı səfirliyi qurbanları yad edir və onların ailələrinə dərin hüznlə başsağlığı verir. Bu hadisəni anmaq tarixi yaddaşın qorunması və sülhün təşviqi baxımından mühüm əhəmiyyət daşıyır", - paylaşımda qeyd olunub.

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər