TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər? - Nazirdən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər? - Nazirdən açıqlama

10:52 - Bu gün
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər? - Nazirdən açıqlama

“Hazırda Səhiyyə Nazirliyində islahatlar aparılır”.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib.

“TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilərmi?”sualına isə nazir cavab verməyib. O bu suallara TƏBİB Müşahidə Şurasının cavab verə biləcəyini bildirib.

T.Musayev həmçinin hazırda fəaliyyətinə icazə verilən plastik cərrahlarla bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, plastik və estetik əməliyyat üçün icazəsi olan cərrahların sayı 45 nəfərdir. Nazirin sözlərinə görə, bu sahədə vəziyyət düzəlib, icazəli cərrahların sayı ilbəil arta bilər.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər